top of page
Aylan Memmedova

Selena Gomez estetik plastik əməliyyat iddialarına cavab verib.


Son illər aldığı artıq çəki ilə diqqət çəkən Selena Gomez üzündəki dəyişikliklərlə bağlı xəbərlərlə gündəmə gəlib. Xarici mənbələrə istinad edən Fiftysix Magazine xəbər verir ki, 32 yaşlı ulduzun plastik əməliyyat etdirdiyi iddia edilib.

 

Plastik cərrahın köməkçisi işləyən Marissa Barrionuevo 2023-cü ildə TikTok-da məşhurun görünüşündəki son dəyişiklikləri diqqət mərkəzinə gətirən bir video yayımlayıb.

 

Həmçinin, Gomezin sosial şəbəkə hesabında paylaşdığı fotolar izləyiciləri tərəfindən maraqla qarşılanıb. Belə ki, müğənni insanların bədəni ilə bağlı şərhlərdən bezdiyini açıq şəkildə bildirib.

 

Sosial şəbəkədə plastik əməliyyatla bağlı haqqında yazılanları müzakirə edən xanım müğənni iddialara cavab verib: “Heç bir plastik əməliyyat etdirməmişəm. Sadəcə olaraq bədənimin müəyyən nahiyələrinə botoks etdirdim. Məni rahat buraxın”.

 

Comentarios


bottom of page