Avroviziya həyəcanı gündən-günə daha da artdığı bir dövrdə bütün fanatları səsləyirik! Artıq bu möhtəşəm müsabiqəni tək izləmək istəmirsiniz? Yarışmanı fanat dostlarınızla seyr edərək həyəcanın dadını çıxarmaq istəyirsiniz? Elə isə, ekran başına, bu xəbər sizin üçündür!
Azərbaycanda yaşayan hər bir fanatı 7 may—müsabiqənin birinci yarımfinal günü coşqusunu bizimlə yaşamağa çağırırıq!Tədbirdə surpriz qonaqlar, bir-birindən maraqlı yarışmalar, hədiyyəli müsabiqələr sizi gözləyir!
Bəs bu möhtəşəm günü birlikdə keçirtmək üçün hara toplaşırıq? Əlbəttə, "Obraz Kafe"-yə! Sahil metrosunun yaxınlığında yerləşən "Obraz Kafe"-nin nostaljik ab-havası, fərqli interyeri görənləri valeh edir. Burada bir-birindən ləziz təamlardan dadaraq gün boyunca ecazkar Avroviziya ruhunu iliklərinizə qədər hiss edə biləcəksiniz. Məkanın özünəməxsus və unikallığı ilə seçilən görünüşü də gələn hər bir kəsi məftun edəcək.
Məkan: Obraz Cafe (Bülbül Prospekti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatırının yaxınlığı)
Qeyd: Giriş pulsuzdur. Qeydiyyatdan keçmədən tədbirdə iştirak edə bilməzsiniz.
Comments