Sadə bir "country" müğənni ikən hazırda dünya musiqi səhnəsinə meydan oxuyan Teylor Svift 31 mahnıdan ibarət "The Tortured Poets Department" adlı yeni albomunu keçdiyimiz günlərdə dinləyicisnə təqdim etdi. Buraxılışından iki saat sonra o, mahnıların ikinci cildini ehtiva edən "The Anthology" altyazılı ikiqat alboma çevirdi.
Albom ilk günündə Amerikada 1,4 milyon nüsxə ilə satılmışdır. Dilimizdə "Kədərli şairlər departamenti" adlanan albom insan vəziyyətinin mürəkkəbliyini təsvir olunmaz gözəlliklə rezonans doğuran səs simfoniyasına çevirmək üçün misilsiz qabiliyyətinə ruhlandırıcı vəsiyyətdən başqa bir şey deyil. Hər yeni albomu ilə səs gətirməyi bacaran sənətçinin bu yeni albomu auditoriya tərəfindən fərqli fikirlər və müzakirələrlə qarşılandı.
Albom ilk növbədə Svift ilə uzun müddət əməkdaşlıq edən Cek Antonoff, Aron Dessner, Florens Velç və Post Malenon ilə yazılmış və istehsal edilmişdir; Albomda yer alan mahnılar klassik bir Svift albomu kimi şəxsi və ictimai həyatında baş verən hadisələrlə bağlı hadisələrə əsaslanır. Ümiddən, sevgidən və gücdən bəhs edən albomda təkcə sənətçi yox, dinləyici də özünün ən zəif və qaranlıq anlarında da daxilində olan işığı tapmağa cəhd edir.
Albomun ilk çıxış sinqlı olan "Fortnight"da giriş üçün uğurlu bir seçim idi. Post Malenonunda müşayiət etdiyi mahnısında istifadə etdiyi "But what about your quiet treason?" ifadəsi dinləyicinin beyinində bir suala səbəb olur. Bilirik ki, Teylor hər bir sözü ilə göndərmə edən bir sənətçidir. Eşq həyatında yaşadığı uğursuzluqlarla gündəmə gələn sənətçi yeni bir xəyanətmi yaşayıb? O, fevralın soyuğunda ilişib qaldığını, hər yeni günün sanki bazar ertəsi imiş kimi hiss etdirdiyini və aşiq olmağın həyatını məhv etdiyindən bəhs edir.
Müğənnini yaxından izləyənlər bilir ki, o hər albomunun 5-ci trekində dərin yaşadığı duyğulardan bəhs etməsi ilə tanınır.
Bu albomda 5-ci sırada isə öz yerini "So Long, London" mahnısı aldı. Mahnının analizinə baxsaq zamanda səyahət etməliyik. Belə ki, mahnının başlığında "London" istifadə edilməsi 2019-cu ildəki "Lover" albomunda Teylor Londondan olan bir oğlana necə aşiq olduğunu oxuduğu "London Boy" mahnısını yazdı. O, həmçinin Londonun onun evi olmadığı haqqında mahnı oxudu İndi TTPD-də o, çox sevdiyi bu yerlə vidalaşaraq "So Long, London" mahnısını oxuyur.
Trek bir çox məqamlarda "You're Losing Me" mahnısı ilə də paraleldir. Çünki bənzər və bir birini indi tamamlayan misralar var. Pərəstişkarları trekin Coy Alvinə mi yoxsa Matti Heyli üçün yazılması barədə iki yol ayrıcında qalıblar.
Teylor isə bu tapmacanın cavabını bizə buraxıb.
Albomun adını aldığı "The Tortured Poets Department" isə onun Matti Heyli ilə yaşadığı uğursuz münasibətdəndən bəhs edir. Matti Heylinin yazı maşınına olan marağını mahnısında belə qeyd edir:
"Like, Who uses typewriters anyway?"
Sonrasında isə, sözlər qəzəbə çevrilir və ona olan hisslərini belə dilə gətirir:
And who's gonna hold you like me?
And who's gonna know you, if not me?
I laughed in your face and said,
You're not Dylan Thomas, I'm not Patti Smith.
This ain't the Chelsea Hotel, we're modern idiots.
And who's gonna hold you like me?
Nobody,
no-fucking-body.
Nobody."
Albomda yer alan növbəti mahnı "thanK you aIMee"dir. Mahnıda ilk əvvəl diqqət cəlb edən mahnının adında olan K,I, və M hərflərinin böyük ölçüdə qeyd edilməsidir. Böyük qeyd olunan hərflər birləşərkən oraya Kim adını çıxardır.
Kim Kardaşyan ilə mübahisəli olan müğənni Mahnının xorunun sözləri ilə onun özünə olan hücumlarına istinad edir.
Bəs bu hücumlar necə başlamışdır? Bunun üçün zamanda qısa bir səyahət etmək lazımdır. Hədislər 2009-cu ildə, "VMA" gecəsində cərəyan etmişdi.
Mükafatını almaq üçün səhnəyə çıxan Teylor təşəkkürlər nitqinə hazırlaşarlən Kenya Vest tərəfindən hücuma məruz qalmışdı.
Kenya mikrafonu onun əlindən alaraq bu mükafata layiq olmadığını dilə gətirmişdi.
İllər keçdikcə aralarındakı soyuq müharibə davam edirdi. 58-ci Qremmi gecəsində Teylor qalibiyyət danşığı zamanı Kenyaya bir göndərmə etməyidə unutmamışdı.
"Ətrafınızda uğurunuzun qarşısını almağa çalışan çoxlu insan var. Bu insanları görməzdən gəlməyin ən yaxşı yolu işinizə fikir verməkdir"
2016-cı ilin fevralında Kenya Vest sözlərində Teylora güclü göndərmələr edən "Famous" mahnısını təqdim etdi. Mahnıda "Mən hiss edirəm ki, mən və Taylor hələ də sekslə məşğul ola bilərik. Niyə? Mən o qancığı məşhur etdim" sözlərini daxil etdi.
Kenya mahnının sözlərindən Sviftin xəbərdar olduğunu bildirsə də, qısa müddətdən sonra Svift öz nümayəndəsi vasitəsilə "Mən o qancığı məşhur etdim" sözlərindən xəbərdar edildiyini təkzib etdi.
Həmən illərdə Kenya Vest ilə evli olan və 2002-ci ildə "Kim Kardashian, Superstar" pornoqrafik kaseti ilə populyarlıq əldə edən erməni əsilli Amerikan maniken və iş qadını Kim Kardaşyan bu mübahisəli zamanda Teylora ağır zərbə endirdi. Belə ki, o Teylorun saxta səs yazmasını mediaya sızdıraraq, onun bundan əvvəldən xəbərdar olduğunu bildirdi.
Böyük bir zərbə alan Teylor bu müddəti çox ağır şəkildə keçirdi. Sosial şəbəkələrdə ilan avatarları ilə hücuma məruz qaldı. Hətta yaşadığı şəhəri dəyişib, sosial şəbəkə hesablarını deaktiv etdi.
Növbəti il, Svift o vaxt instaqram şərhlər bölməsində ona ünvanlanan ilan avatarlarına istinad olaraq, ilan təsvirlərinin üstünlük təşkil etdiyi altıncı studiya albomu "Reputation" ilə olanlara cavab verdi və öz şöhrətinə bir uğurlu işi əlavə etmiş oldu.
İndi isə "thanK you aIMee"-də Kim Kardaşyana ünvanlanan sözlərə nəzər salaq.
"All that time you were throwin' punches, I was buildin' somethin'
And I can't forgive the way you made me feel
Screamed "Fuck you, Aimee" to the night sky, as the blood was gushin'
But I can't forget the way you made me heal"
Svift burda hər ayağa qalxdığı zaman ona edilən hücumu, onu iyrənc hiss etdirilməsini bağışlaya bilməyəcəyini və yaralı olaraq yatdığı hər gecə lənət olsun sənə deyərək bağırdığını ifadə edir. Amma başına gələn hər bir şeyin ona uğur olaraq geri döndüyünü bildirir, bu səbəbdən hər bir hadisə üçün Kimə təşəkkür etdiyinidə bildirir.
"I wrote a thousand songs that you find uncool
I built a legacy which you can't undo
But when I count the scars, there's a moment of truth
That there wouldn't be this, if there hadn't been you"
"Gülməli hesab etdiyin minlərlə mahnı yazmışam,
Mən özüm üçün bir etibar qurmuşam ki, onu qıra bilməzsən,
Amma yaralarımı sayanda anlayıram,
Sən olmasaydın, bu da olmazdı"
"And one day, your kid comes home singin'
A song that only us two is gonna know is about you, 'cause"
"Və bir gün uşağın evə mahnı oxuyaraq gəlir,
Yalnız ikimizin biləcəyi bir mahnı sənin haqqındadır, çünki..."
Albomun digər bir mahnısı olan, "My Boy Only Breaks His Favorite Toys" üçün isə Teylor belə demişdi:
"Birinin səni qırana qədər, onun ən sevimli oyuncağı olmağının və sonra isə səninlə oynamaq istəməsinin hekayəsidir" bu mahnı nələrisə dəyişmənin inkar edilməsi ilə əlaqədardır.
Comments