Rekordu daha əvvəl Madonnaya məxsus olduğu bildirilən, anşlaqla bileti satılan Teylor Sviftin Arizona Ştatının Qlendeyl şəhərindəki 17 mart tarixində "The Eras Tour"un açılış gecəsi 69.000 pərəstişkarı ilə ABŞ-da qadın sənətçilər arasında ən çox tamaşaçılı konsert rekordunu qırdı.
Turun Avropa mərhələsi İsveç, Portuqaliya, İspaniya, Böyük Britaniya, İrlandiya, Niderland, İsveçrə, İtaliya, Almaniya, Polşa və Avstriyanı əhatə edib.
Tur biletlərinin satışı "Ticketmaster"də xaosa səbəb olub. "Ticketmaster"ə görə, 15 noyabr 2022-ci ildə 2 milyondan çox bilet satılıb və bu, bir gündə bir sənətçi üçün satılan ən çox bilet olub. Konsertin rəngli tərəflərindən biri, Teylorun gümüşü gitarası idi. Gitara 2009-cu ildə "Fearless" turu zamanı istifadə etdiyi gitara ilə uyğun gələn gümüş mirvarilər ilə örtülmüşdür. Bu gitaranın bəzədilməsi isə sənətçinin valideynləri tərəfindən ərsəyə gəlib.
"The Eras Tour"un səhnə qrafiki və texniki təchizatını qurmaq üçün təxminən 90 yük maşınından ibarət avadanlıq və böyük bir komanda çalışıb. Şounun xoreoqrafı isə Mandi Mor idi. O "Dancing with the Stars", "Zoey's Extraordinary Playlist" kimi məşhur televiziya şoularında çalışıb. Turun filmə alınması və izləyicinin bundan zövq alması və heç bir detalı qaçırmaması üçün, çəkilişlər zamanı dronlardan və hörümçək kameralardan istifadə edilmişdir. Filmində görülən vizual heyrətamiz təcrübələrə nail olmaq üçün Los-Ancelesdəki "SoFi" stadionunda üç gecə ərzində ərsəyə gəlib. "New York Times"a görə, adətən bu ölçülü bir turu lentə almaq üçün 40-dan çox kamera operatoru işə götürülüb. Çəkimlər isə əsasən "bum atışı" adlanan hərəkət sistemi ilə lentə alınıb. "The Eras Tour"un yaradıcı direktoru və quruluşçu dizayneri olan Ethan Tobman əvvəllər Teylor ilə 2021-ci il Qremmi performansında və "Anti-Hero", "The Man" və "Cardigan" mahnılarının videoklipində işləmişdir. Ethan həmçinin Biyons ilə də çalışıb və "The Menu", "Room" kimi filmlərin quruluşçu dizayneri olub.
Turun ilk Arizona mərhələsinin sonuna yaxın Teylorun "The Eras Tour"da işləyən hər kəsə 55 milyon dollardan çox ödəniş etdiyi bildirilir.
Seysmoloqların bildirdiyinə əsasən sənətçinin çıxışı 2.3 bal gücündə zəlzələyə səbəb olub. Teylor qadın sənətçilərin içində ən çox gəlir gətirən konsert turu rekorduna sahibdir. İndiyə qədər cəmi 56 konsert verərək, 780 milyon dollar gəlir əldə edib siyahıda ikinci yerdə isə Biyonsdur.
Sənətçi tur zamanı səhnə libasları ilə də diqqət çəkib. Onun tur qarderobu isə yetəri qədər zəngin idi. Belə ki "Versace", "Zuhair Murad", "Vivienne Westwood", "Roberto Cavalli", "Nicole + Felicia Couture", "Alberta Ferretti" kimi məşhur markaların dizaynerlərin hazırladığı geyimlər var idi.
Comments