
2025-ci il yanvarın 7-dən başlayıb, 25 ayrı-ayrı yerlərdə davam edən katastrofik meşə yanğınları metropolis olan Los-Anceles şəhəri və ətraf əraziləri təsiri altına almışdır. İlkin ehtimal olaraq yanğının ekstremal quraqlıq, aşağı-səviyyəli rütubət və Santa-Ana küləkləri səbəbilə başladığı ehtimal edilir. 14 yanvar 2025-ci il tarixinə əsasən yanğın nəticəsində ölənlərin sayı 25-ə çatmış, 180000 insan təxliyə edilmiş və 12000 çox obyektə ziyan dəymişdir. Ayın 12-sinə qədər verilən məlumatlara əsaslanaraq, dəymiş ziyanın 250-275 milyard dollar olduğu və bunun artacağı güman edilir.
Əldə edilən məlumatlara görə, Paris Hilton, Bella və Gigi bacılarının anası Yolanda Hadid, Mel Gibson, Antoni Hopkins kimi məşhur şəxslərin evləri yanıb. Güclü külək və yanğın təhlükəsi səbəbilə qorxu filmi olan “Wolf Man” və baş rolunda Cenifer Lopezin çəkildiyi “Unstoppable” filmlərinin premyeraları Amazon studio və Universal pictures tərəfindən təxirə salınıb. Həmçinin, Universal studio hollivudda yerləşən parkını bağlayıb. 31-ci illik ekran aktyorlarının Guild mükafatı ləğv edilərək namizədlərin media ilə açıqlanacağını qeyd ediblər. Yanvarın 12-si keçirilməsi planlaşdırılan 30-cu illik kritikslərin seçim mükafatları da yanvar ayının 26-na ertələnib. Oskar nominasiyaları üçün nəzərdə tutulan səsvermə də 2 günlük təxirə salınıb.
Beyonce təsis etdiyi BeyGOOD təşkilatı 2.5 million dollar, aktrisa Eva Longoria 50000, amerikada məşhur supermarket şəbəkəsi olan Walmart 2.5 milyon, Disney 15 milyon, Paramount şirkəti 1 milyon, Paris Hilton 100000, amerikalı milyarder və iş adamı Cared İsakman 1 milyon dollar dəyərində maddi yardım ediblər, məşhur amerikalı aktyor Denzel Vaşinqton isə 50 milyon dollar yardım edəcəyini açıqlayıb. Amazonun yaradıcısı Cef Bezos 100 milyon, milyarder Oprah Vinfrey və aktyor Dveyn Conson bir yerdə 10 milyon dollar yardım ediblər.