Azərbaycan musiqisinin canlı əfsanəsi “Yuxu” 25 illik fasilədən sonra səhnələrə geri dönür! 1987-ci ildə Sumqayıtda İbrahim Eminin rəhbərliyi ilə qurulan bu rok qrupu yeni nəfəs və enerjisi ilə pərəstişkarlarını sevindirməyə hazırlaşır.
Qrupun zərb alətləri ifaçısı Çingiz Eyvazov bildirib ki, bu qayıdış həm onun, həm də mərhum gitarist İbrahim Eminin köhnə arzusunun gerçəkləşməsidir. “Həmin arzunu həyata keçirmək üçün yeni musiqiçilər toplayaraq işə başladıq,” - deyə o qeyd edib.
Əlavə olaraq, Çingiz Eyvazov vurğulayıb ki, “Yuxu”nun mahnıları heç vaxt unudulmayıb və hər zaman gənc musiqiçilər arasında yaşayıb. Qarşıdakı aylarda qrupun canlı konsertlər verməsi planlaşdırılır.
Qrup 1990-cı illərdə yaratdığı əsərlərlə musiqi dünyasında öz izini qoyub. "Döngə", "Xəzərin sahilində", "Məni sənsən düşündürən" və "Ulu Tanrım" kimi mahnıları dinləyicilər tərəfindən sevilərək, hələ də rock musiqi həvəskarlarının playlistlərində yer alır.
Bəs sizin üçün “Yuxu”nun ən sevdiyiniz mahnısı hansıdır?