Zülfiyyə Xanbabayeva 2025 üçün yeni musiqi layihəsini təqdim edib
Xalq artisti Zülfiyyə Xanbabayeva 2025-ə olan yeni mahnısını klipi ilə birgə təqdim edib.
“Nələr gördüm” adlı mahnının müəllifi Vüqar Sübhandır. Layihənin rejissoru isə Delee Orucludur.
Xanbabayevanın klipdə şəkillərini Niko Abbasov çəkib və stili üzərində Elnur Həsənov çalışıb.
Mahnı xalq artistinin bütün musiqi platformalarında və rəsmi "YouTube" kanalında yayımlanıb.